Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O vaxt sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar, indi isə...”- FOTO

“O vaxt sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar, indi isə...”- FOTO

Tarix: 12 Sentyabr 2023 05:05

"Eyvazla məni o qədər sevirdilər ki, toylarda danışdığımızdan da artıq pul verirdilər".
 
"O vaxt sənətkara çox böyük sevgi, ehtiram var idi. Müğənniyə baxış başqa cür idi. Sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar. Tək özümüzü demirəm, elə digər sənətkarlara da elə baxış var idi. Sənətkarlar o qədər əlçatmaz idilər ki. İndi hamı əlçatan olub, sənətkara nadir hallarda hörmmət edirlər. O vaxt bu qədər sosial şəbəkələr də yox idi. Heç bir tamaşaçı müğənninin şəxsi həyatı ilə maraqlanmırdı. Yalnız onun konsertinə gələndə bilirdilər ki, bu filankəsin həyat yoldaşıdır"
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Təranə Vəlizadə deyib. Sevilən müğənni o vaxt həyat yoldaşı, mərhum Eyvaz Həsənovla birlikdə toy məclislərinə dəvət aldığını da bildirib.
 
"Vaxtilə həyat yoldaşım Eyvaz Həsənovla bizi o qədər toylara dəvət edirdilər ki. Hər toya getmirdik. Heç vaxtımız da yox idi ki, hər toya gedək. Toyları da seçim edirdik. Gündə 5 toy gələndə onun birini seçirdik. İdarə etdiyimiz toy mütləq şəkildə mədəni, kübar məclis olmalı idi. O qədər sevilirdik ki. Sevgimizin həddi-hüdudu yox idi. Say-seçmə insanların məclisinə gedirdik. Biz ifa edəndə insanlar çəngəl bıçaqlarını kənara qoyub, musiqini dinləyirdilər. Bəzən qız toylarına da tək gedirdim" deyə sevilən müğənni Təranə Vəlizadə deyib. O daha sonra o vaxtkı toylarla bu günki toyları müqayisə edib.
 
"Bəzən hansısa müğənni deyir ki, mən toylara getməmişəm. Toyda ifa etmək asan işdir ki?! Əksinə, səni sevirlər ki, dəvət edirlər də. Bu gün toy bazarı bir az fərqlidir. Bu sahədə də prodüsserlər var. Məsələn, ev sahibi sevdiyi müğənnini istəyir, o deyir ki, filan müğənni ondan ucuz gəlir, qoy gəlib toyu o aparsın. Onun arzusudur ki, toyunu həmin müğənni idarə etsin. Bu gün müğənnilər toya çox baha gedir. Nə mən, nə də ki, həyat yoldaşım heç vaxt düşünməmişik ki, toydan nə qədər pul qazanacağıq. Bizi o qədər sevirdilər ki, istədiyimiz məbləğdən də artıq verirdilər" deyə sənətkar bildirib.


Etiketlər:  vaxt sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar indi isə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ