Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 futbolçu oğurlandı

6 futbolçu oğurlandı

Tarix: 12 Sentyabr 2023 08:24

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti rayonunda 6 futbolçu oğurlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb. Hökumət rəsmiləri təsdiqləyiblər ki, naməlum şəxslər əyalət hökuməti tərəfindən təşkil edilən yerli futbol turnirində iştirak etmək üçün Sibbi şəhərinə gedərkən yaşları 17-23 arasında olan 6 oyunçunu qaçırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış idmançıların axtarış əməliyyatına başlayıblar.

Millətçi separatçıların rəhbərlik etdiyi silahlı mübarizənin ocağı olan Bəlucistanda oğurluq hadisələrinə görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib.

Milli.Az


Etiketlər:  futbolçu oğurlandı


RƏYLƏR