Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni konstitusiya uğrunda mübarizəmizi heç vaxt dayandırmayacağıq - Ərdoğan

Yeni konstitusiya uğrunda mübarizəmizi heç vaxt dayandırmayacağıq - Ərdoğan

Tarix: 12 Sentyabr 2023 16:10

Biz yeni konstitusiya uğrunda səyimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq.

Milli.Az TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyada Birləşmiş Millətlər Təşkilatında təmsil olunan dövlətlərin sayı qədər konstitusiya var. Hər bir ölkə öz tarixinə, siyasi, sosial və mədəni quruluşuna görə ayrıca konstitusiya hazırlayıb.

Bizim konstitusiya təcrübəmiz 200 ili əhatə edir. 1980-ci ildən konstitusiyamız çevriliş konstitusiyasıdır. Təbii ki, konstitusiyalar dəyişməz mətnlər deyil. Məsələn, ABŞ konstitusiyası 27 dəfə dəyişdirilsə də, yenə də ölkənin ehtiyaclarını ödəyə bilir.

Elə ölkələr də var ki, demokratiyadan uzaqdır. Bizim millətimiz qarşısında həm məsuliyyətimiz, həm də vədimiz var. Bu səbəbdən də yeni konstitusiya məsələsi həmişə gündəmimizin əsasında dayanır",- deyə Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Yeni konstitusiya uğrunda mübarizəmizi heç vaxt dayandırmayacağıq Ərdoğan


RƏYLƏR