Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Tacikistana səfərə gedib - FOTO

Prezident İlham Əliyev Tacikistana səfərə gedib - FOTO

Tarix: 14 Sentyabr 2023 10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Tacikistana səfərə gedib FOTO


RƏYLƏR