Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 17:57
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçilərinin say həddi 88-dən 98-ə qaldırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.