Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir

Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir

Tarix: 15 Sentyabr 2023 20:00

Amerikalı aktyor və rejissor Şon Penn verdiyi müsahibədə maraqlı fikir səsləndirib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, aldığı "Oskar" mükafatını əritdirib, güllə hazırlatmaq istədiyini deyib.

"Düşündüm ki, bu heykəlcik mənim nəyimə lazımdır. Ondansa əridim, güllə hazırladıb Ukrayna ordusuna göndərim. Rusiya-Ukrayna savaşında Ukraynanı dəstəkləyirəm. Bu güllələri hədiyyə olaraq,  Zelenskiyə göndərmək istəyirdim",- deyə 63 yaşlı aktyor qeyd edib.

Qeyd edək ki, Şon Penn Ukrayna müharibəsi haqqında sənədli film hazırlayır. O, konflikt başlayandan 3 dəfə Kiyevə səfərə gəlib.


Etiketlər:  Hollivud ulduzu Oskar mükafatını əritdirib güllə hazırlatmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ