Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2023 13:32
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə qalxıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, yeni separatçıbaşı Samvel Şahramanyanı qəbul etməyən Samvel Babayan və tərəfdarları Xankəndinin mərkəzi meydanında aksiya keçiriblər.
Aksiyada Samvel Şahramanyanla kəskin ziddiyyətdə olanlar hazırkı siyasətə etiraz olaraq, Ermənistana getmək istədiklərini bir daha elan ediblər. Onlar bunun üçün "humanitar dəhliz" açılmasını tələb ediblər.
Xatırladaq ki, Şahramanyan Ermənistana gedənlərin qarşısını almaq üçün nəzarəti gücləndirmək barədə "tapşırıq" verib.