Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırovun vəziyyəti pisdir: Kreml ona əvəz axtarır

Kadırovun vəziyyəti pisdir: Kreml ona əvəz axtarır

Tarix: 17 Sentyabr 2023 18:58

Son həftədə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin ağır olması ilə bağlı məlumatlar dolaşır. Ola bilsin ki, Kadırov komadadır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu inquş jurnalist Maqomed Toriyev deyib.

Onun sözlərinə görə, Kadırovun səhhətinin pis olması ilə bağlı nə Çeçenistanda, nə də Avropada yaşayan çeçen diasporunda təsdiqini tapan məlumat var. Bununla belə jurnalist hesab edir ki, əgər Kadırov həqiqətən də komadadırsa, Kreml onu əvəz etməyə qərar verənə kimi orada da qalmağa davam edəcək.

Toriyev bildirib ki, Kadırovu üç şəxs - Dövlət Dumasının deputatı Adam Delimxanov, çeçen parlamentinin rəhbəri Maqomed Daudov və Çeçenistanın güc bloku üzrə baş nazirin müavini və "Əhməd" xüsusi təyinatlılarının rəhbəri Abuzayd Vismuradov əvəz edə bilər.

Milli.Az


Etiketlər:  Kadırovun vəziyyəti pisdir Kreml ona əvəz axtarır


RƏYLƏR