Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölümcül virus yayılır

Ölümcül virus yayılır

Tarix: 18 Sentyabr 2023 11:46

Hindistanın Kerala ştatının Kojikode şəhəri yaxınlığında həkimlər Nipah virusunun yaratdığı xəstəliyin yayılmasını qeydə alıblar. Artıq ən azı iki ölüm faktı məlumdur və şəhər hakimiyyəti vətəndaşları diqqətli olmağa və ictimai yerlərdə maskasız gəzməməyə çağırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" xəbər verir.

"Keralaya vəziyyəti təhlil etmək və Nipah virusu infeksiyası ilə mübarizədə ştatın hökumətinə kömək etmək üçün mütəxəssislər qrupu göndərilib", - deyə Hindistan Səhiyyə Nazirliyinin rəhbəri Mansukh Mandaviya bildirib.

KİV-in məlumatına görə, ölənlərdən birinin qohumları infeksiya əlamətləri ilə hazırda intensiv terapiya şöbəsindədirlər. Bununla belə, tibb işçiləri epidemiya ehtimalını nəzərə almırlar, çünki yüksək ölümlə (virusa yoluxduqda ölüm ehtimalı 70%-ə çatır) xəstəlik qlobal təhlükə yaratmır, çünki olduqca yavaş yayılır.

2018-ci ildə Hindistanda Nipah virusundan 17 nəfər ölüb, keçən il isə bir uşağın ölümü rəsmən təsdiqlənib. Əksər yoluxucu xəstəliklərdən fərqli olaraq, Nipah virusu beyni hədəf alır və xəstəliyin başlanğıcından şiddətli baş ağrıları ilə müşayiət olunur.

Milli.Az


Etiketlər:  Ölümcül virus yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ