Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 16:25
48 yaşlı Devid Bekhemin bədənində artıq 60-a yaxın döymə var. O, növbəti döyməsini isə bu günlərdə etdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, keçmiş futbolçunun sol əlinin barmağında azarkeşlər yeni bir döymə görüblər. O, barmağına "Posh" sözü yazdırtdırıb.
Sözün mənasına gəldikdə isə, izləyicilər bunu qısa bir vaxtda tapa biliblər. Belə ki, "Posh" Devidin xanımı Viktoriya Bekhemin "Spice Girls" qrupundakı ləqəbi olub.
"The Sun"a açıqlama verən Devid bu iddiaları təsdiqləyib. O, döyməni xanımına həsr etdiyini bildirib. O, əlavə edib ki, bədənindəki döymələrin hamısını ailəsinə həsr edib.