Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adnan Oktarın malikəsini görün hansı milyarder aldı? - FOTO

Adnan Oktarın malikəsini görün hansı milyarder aldı? - FOTO

Tarix: 18 Sentyabr 2023 19:18

Adnan Oktarın illərdir yaşadığı Kandilli Vaniköydəki malikanəni dünyaca məşhur rus oliqarx Roman Abramoviç alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 18 milyon dollara aldığı evi təmir etdirən Abramoviç helikopter meydançası da tikdirmək niyyətindədir. Vaniköydəki bu malikanənin ərazisi 9 min 600 kvadratmetr, qapalı sahəsi isə təxminən 2 min kvadratmetrdir.

Xatırladaq ki, dünyaca məşhur rus oliqarx Roman Abramoviç Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Londondan İstanbula köçüb. Dünyanın aparıcı milyarderlərindən olan Abramoviç İstanbula köçdükdən sonra ev axtarışına çıxıb. Boğazı çox sevən Roman Abramoviç o ərazidəki satılan malikanələrdən birini almaq istəsə də, sahildəki yaşayış yerlərində helikopter meydançası tikilməsinə icazə verilmədiyi üçün marşrutunu daha böyük ərazilərə dəyişdirməli olub.

Yeri gəlmişkən, evin yerləşdiyi torpaq sahəsində helikopter meydançası olmasa da, lazımi icazələr alınıb və tikintilərə start verilib. Sərvəti 10 milyard dollar civarında olan Abramoviç təhlükəsizliyinə önəm verdiyi üçün evə gedən yolların da yenidən qurulması ilə bağlı göstərişlər verib, həmçinin mülkün ətrafında qalaya bənzər divarların çəkilməsinə başlanılıb.

Milli.Az


Etiketlər:  Adnan Oktarın malikəsini görün hansı milyarder aldı FOTO


RƏYLƏR