Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 08:30
Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 nömrəli uşaq bağçasının yaxınlığından kəskin qaz qoxusunun gəldiyi iddia edilib.
Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər isti havada pəncərəni aça bilmirlər.
Kəskin qaz iyindən şikayət edən vətəndaşlar qeyd ediblər ki, vəziyyət üç aydan çoxdur ki, belədir.
4 nömrəli bağça da deyilən iddiaları təsdiqləyib.
"Otaqların pəncərələri aylarla bağlı qalır. Səbəb qaz qoxusu və qorxusudur".
"Azəriqaz"dan məsələ ilə bağlı bildirilib ki, iki il əvvəl sözügedən əraziyə polietilen borular çəkilib və köhnə boruların ağzı bağlanıb.
Ətraflı süjetdə: