Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü - FOTO

Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü - FOTO

Tarix: 19 Sentyabr 2023 11:21

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.


Etiketlər:  Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ