Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 23:48
Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərini dəstəkləyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, partiya sədri bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib.
"Qarabağda ermənilərin basdırdığı minaların partlaması nəticəsində şəhid olan azərbaycanlı polislərimizə Allahdan rəhmət diləyirəm! Qarabağda antiterror tədbiri başladan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin", - deyə siyasətçi paylaşımında Azərbaycana dəstək nümayiş etdirib.