Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 01:50
1991-ci ildə vəfat edən İngiltərənin məşhur "Quenn" qrupunun üzvü Freddi Merkurinin qırmızı atlas kimonosu hərraca çıxarılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, geyim "Sotheby's" hərrac evi tərəfindən 70 min dollara (təxminən 119 min manat) satılıb.
Merkuri Yapon milli geyimini qrupunun 1976-cı ildə çıxdığı tur zamanı Edinburq şəhərində çıxış edərkən geyinib.
Qeyd edək ki, daha əvvəl Merkurinin üzərində pişiklərinin portretləri əks olunan jileti hərracda 139,7 min funt-sterlinqə alıcısına təqdim olunub.