Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Bakı Fransa XİN başçısına cavab verib - XİN

Rəsmi Bakı Fransa XİN başçısına cavab verib - XİN

Tarix: 21 Sentyabr 2023 16:45

Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhinə cavab olaraq bildirilib.

Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.


Etiketlər:  Rəsmi Bakı Fransa XİN başçısına cavab verib XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ