Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 23:00
Finlandiyanın "Insta" şirkəti mərmi çatışmazlığını kompensasiya etmək üçün Kiyevə tədarük olunmağa başlaya bilən qəlpəli "Stel Eagle" pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Defence News" yazır.
Qeyd olunur ki, kvadrokopter nazik zirehlərə nüfuz edə bilən üç min dağıdıcı elementdən ibarət parçalanma yükü daşıyır.
""Steel Eagle" futbol meydançasının üçdə birinə bərabər olan əraziyə o qədər fraqmentlər ata bilər ki, hər kvadratmetrə orta hesabla bir yarım zədələyici element düşəcək", - nəşr yazır.
Vurğulanır ki, pilotsuz təyyarə Kiyevin sursat çatışmazlığı şəraitində açıq ərazilərdə xeyli sayda piyada ilə mübarizə aparmaq üçün silah ehtiyacını ödəyə bilər. Elementlərin dispersiya sıxlığını artırmaq üçün qurğu partlayışdan dərhal əvvəl aşağı enə bilər.