Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Laçın rayonu, Ağalı və Talış kəndlərində yeni bağçalar fəaliyyətə başladı

Laçın rayonu, Ağalı və Talış kəndlərində yeni bağçalar fəaliyyətə başladı

Tarix: 22 Sentyabr 2023 10:34

2023-cü il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 nömrəli uşaq bağçası və Ağsu rayonu Növcü kəndində 60 nəfərlik uşaq bağçasıdır.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  Laçın rayonu Ağalı Talış kəndlərində yeni bağçalar fəaliyyətə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ