Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 16:39
Onu da unutmayın ki, digər həlledilməz problem Bakıda Birinci Qarabağ müharibəsindən sonra öz torpaqlarını itirmiş, çətin şəraitdə yaşayan və öz evlərinə qayıtmaq istəyən minlərlə məcburi köçkün azərbaycanlının olmasıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baron Devid Houell BMT TŞ-də təşkil edilən Qarabağla bağlı dinləmələrdən öncəki parlament müzakirəsində deyib.
"Bu, BMT-dəki nazirlərimizin yadda saxlaması vacib olan başqa bir cəhətdir. Və təbii ki, Azərbaycan Britaniyanın çox yaxşı dostudur. O, regionun ümumi geosiyasətində mühüm rol oynayır və biz bunu yadda saxlamalıyıq", - deyə Houell BMT TŞ-nin ötən gün Qarabağla bağlı iclasında iştirak edən Britaniya nümayəndələrinə tövsiyəsində bildirib.
Qeyd edək ki, ötən gün BMT TŞ-nin Qarabağla bağlı iclasında Britaniya nümayəndəsi ədalətli mövqeyi ilə seçilənlərdən oldu.