Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 07:44
ABŞ "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi fərqli yaşamaq istədiyi üçün karyerasını Avropada davam etdirmədiyini deyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb.
"Fərqli yaşamaq istəyirdim, ona görə də karyeramı Avropada davam etdirməmək qərarına gəldim. Özümü daha rahat hiss etmək istəyirdim. Burada səviyyəmi aşağı saldığımın fərqində deyiləm", - Messi deyib.
Xatırladaq ki, Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib.