Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 22:32
Bakı. Trend:
Argentinanın "San Martin Proqreso" klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb.
Trend-in məlumatına görə, klub stadionuna mərhum futbolçunun adını verməyi qərara alıb. Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək. Stadion Salanın şəkilləri ilə bəzədiləcək.
Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin