Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2023 12:22
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili komaya düşüb və hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.
Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem saxladığı pəhrizlə bağlı qəbul etdiyi dərmanlarla bağlı olduğu bildirilir.
-------
12:03
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.