Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 07:42
Bakı. Trend:
30 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103076S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655,991,200.00 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.
28.11.2019 notların ödəmə tarixidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin