Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 00:30
Rusiyanın Tomsk vilayətinin Molçanovo kəndində himayədar ailədən olan altı yaşlı uşaq döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 30-da baş verib, altı yaşlı qız çoxsaylı döyülmələrlə ağır vəziyyətdə yerli xəstəxanaya yerləşdirilib. İstintaqın məlumatına görə, zərərçəkmiş himayədar ailədə böyüyüb. Uşağın döyülməsində qadın qəyyum şübhəli bilinir.
Məlumdur ki, ailədə yeddi azyaşlı - qəyyumun iki doğma övladı və beş övladlığa götürülmüş uşaq böyüyüb.
"Bu qadın onun qollarını qatlayıb, boynunu fırladırdı, hətta onun belini əyib bütün ağırlığını ona söykəyirdi. O, bunu masaj adlandırırdı", - deyə zərərçəkmiş qızın övladlığa götürülən böyük qardaşı bildirib.
O, həmçinin əlavə edib ki, övladlığa götürən ana uşaqların hamısını amansızcasına cəzalandırıb, soyuq duşun altına salıb, kəmərlə döyüb, yeməksiz qoyub.
Rusiyanın Tomsk vilayətinin İstintaq Komitəsi iki cinayət - uşaqların tərbiyə edilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ehtiyatsızlıqdan uşağa ağır zərər vurmaq faktı üzrə işi açıb. Hadisənin baş verdiyi şərait müəyyənləşdirilir, qəyyumluqda olan bütün uşaqlar ailədən götürülüb.