Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda zirzəmidə gizlədilmiş silah-sursat aşkar edildi - VİDEO

Qarabağda zirzəmidə gizlədilmiş silah-sursat aşkar edildi - VİDEO

Tarix: 25 Sentyabr 2023 10:57

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Qarabağda zirzəmidə gizlədilmiş silah sursat aşkar edildi VİDEO


RƏYLƏR