Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Tarix: 25 Sentyabr 2023 15:15

Sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Milli.Az


Etiketlər:  Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ