Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 21:52
Populyar dövlət informasiya agentliyinin nüfuzuna necə zərbə vurmaq olar?
Sualın ilk baxışdan çoxsaylı variasiyaları ehtiva etdiyini düşünmək olar: bilərəkdən yanlış məlumatın "son xəbər" qismində təqdim edilməsi və agentliyin əməkdaşının bu minvalla aldadılması; haker hücumları təşkil edərək fəaliyyətin qısamüddətli də olsa, dayandırılması; sosial şəbəkələrdə dezinformasiya və feyk məlumatlar məcmusunun bilərək bir istiqamətə yönəldilərək hibrid savaşın tərkib hissəsinin reallaşdırılması və s.
Variantlar çoxdur.
Amma onların arasında ən bəsiti danışdığı mövzuya bələd olmayan, üstəlik çox pis danışan bir şəxsə danışmaq imkanının verilməsi, sonra da bu görüntülərin yayılmasıdır.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) saytının rusdilli versiyasında Milli Məclisin deputatı Arzu Nağıyevlə müsahibəyə baxaraq deyilənləri dinləyəndə məhz bu hisslər yaranır.
Separatçsılara qarşı lokal antiterror tədbirlərindən və qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə başlanması ilə bağlı sualları cavablayan Arzu Nağıyevin söylədiklərini rusdillilər, yaxud da etnik rusların dinləməsi əzab sayıla bilər.
Rus dilində yetərincə səlis danışa bilməyən, söz ehtiyatı gərəkli səviyyədə olmayan deputatın aparıcının suallarının müqabilində hansı fikri çatdırmaq istədiyini anlamaq asan deyil.
Necə ki AZƏRTAC-ın Azərbaycan sərhədlərindən kənardakı oxucuları Arzu Nağıyevin konkret olaraq nə demək istədiyini çətin ki, başa düşələr.
Arzu Nvğıyev bildik: onun az qala hər müsahibəsi sonradan sosial şəbəkələrdə ironik təhlillər obyektinə çevrilir.
Bəs yaxşı, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) nüfuz, reputasiya məsələlərinə niyə qəflətən belə laqeyd oldu?!
Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası prosesi ilə bağlı sualları rus dilində anlamlı, məntiqli və səlis şəkildə cavablayacaq siyasətçi, siyasi şərhçi, ekspert tapılmadımı?
Axı belə "müsahibə"lərdən sadəcə, AZƏRTAC-ın nüfuzuna zərbə dəymir - Azərbaycanın imici məsələsi gündəmdə olur.