Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin fərmanı var: Kreml Rubeni qoruya bilməz!

Putinin fərmanı var: Kreml Rubeni qoruya bilməz!

Tarix: 27 Sentyabr 2023 17:16

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma "dağlıq qarabağ respublikasının dövlət naziri" Ruben Vardanyanı həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Kreml sözcüsü Dmitri Peskov isə Vardanyanı, Rusiya vətəndaşlığı olacağı halda, müdafiə edəcəklərini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Vardanyan videomüraciət yayaraq, Rusiya vətəndaşlığından çıxdığını və Qarabağa gəlmək istədiyini bildirmişdi.

Ötən ilin dekabrın 22-də də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayaraq, Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarmışdı.

Bir sözlə, Ruben Vardanyan Rusiya vətəndaşı olmadığı üçün Kremlin onu müdafiə etmək hüququ yoxdur.

Milli.Az


Etiketlər:  Putinin fərmanı var Kreml Rubeni qoruya bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ