Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 23:24
Çərşənbə günü Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 96 dolları ötüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, fyuçerslər son bağlanışdan bəri 3,01% bahalaşaraq 96,79 dollara satılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 3,78% artaraq 93,81 dollar/barelə bərabər olub.