Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir

Nazir: Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir

Tarix: 31 Oktyabr 2019 12:08

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı o qədər də yaşıllığı olmayan şəhərdir. Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, ümumilikdə son dövrlərdə ekologiyanın pozulması, atmosferin çirkləndirilməsi halları azalıb, daha az faktlar var: “Sözsüz ki, pozuntular var. Harada insan var, müəssisələr fəaliyyət göstərir, orada tullantı, pozuntu var. Bizim əsas məqsədimiz insanların maarifləndirilməsidir. Bəzi hallarda insanların qaydaları biliməməsi pozuntulara gətirib çıxarır. Sözsüz ki, pozuntular aşkar olunanda cərimələr tətbiq olunur, lazım olduğu halda müvafiq sənədlər polisə də, prokurorluğa da göndərilir. Ancaq biz istərdik ki, məsələ bu səviyyəyə gəlib çıxmasın. Biz istəyirik ki, insanlar maariflənsin, eyni zamanda burada ictimai qınaq da olmalıdır. Ekologiyaya ziyan vuran insanlara qarşı ictimai qınaq da olmalıdır. Məsələn, kimsə ekologiyaya ziyan vurursa, gözləmək lazım deyil ki, nazirlik gəlib onun qarşısını alsın, ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir Qeyri düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir


RƏYLƏR