Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2023 19:52
Türkiyəli aktyor Ufuk Bayraktarın sahibi olduğu kafeyə hücum edilib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hadisə İstanbulun Cihangir səmtində baş verib. Kimliyi bəlli olmayan şəxs kafeyə girərək müştərilərdən birinə 5-6 dəfə atəş açıb.
Hücum zamanı həmin müştəri ilə yanaşı kafedəki başqa iki nəfər də xəsarət alıb.
Atəş açan cinayətkar hadisə yerindən tez qaçmağa müvəffəq olub. Kafeyə polis və təcili yardım çağırılıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.