Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Diriliş Ərtoğrul"un aktyoru Qənirə Paşayevanın qəbrini ziyarət edib - VİDEO

Tarix: 1 Oktyabr 2023 23:52

Türkiyənin tanınmış aktyoru Dursun Əli Ərzincanlı Bakıya gəlib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, türkiyəli sənətçi sevənləri ilə görüşdən öncə Bakını gəzib.

Ərzincanlı əvvəlcə Hərbi Qənimətlər Parkına baş çəkib, daha sonra o, İkinci Fəxri Xiyabana gələrək mərhum millət vəkili Qənirə Paşayevanın qəbrini ziyarət edib, onun ruhuna dualar oxuyub.

Ardınca 44 günlük Vətən müharibəsi şəhidlərini, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və digər şəhidlərin qəbrini ziyarət edib.

Qeyd edək ki, şeir ustadı Dursun Əli Ərzincanlı bu günə qədər "Üveys Karani", "Diriliş Ərtoğrul", "Quruluş Osman", "Rabia" , "Barbaros Xeyrəddin" kimi serialların əsas obrazlarını canlandırıb.

Milli.Az


Etiketlər:  Diriliş Ərtoğrulun aktyoru Qənirə Paşayevanın qəbrini ziyarət edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ