Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad edilmiş şəhərlərin baş planları təsdiq olunub

Azad edilmiş şəhərlərin baş planları təsdiq olunub

Tarix: 2 Oktyabr 2023 16:24

Son 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə güclü işlər görülüb. Şəhərlərin, demək olar ki, hamısının baş planı hazırlandı və təsdiq olundu. Bu proses davamlı olaraq aparılacaq.

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün artıq işğaldan azad edilmiş beş yaşayış məntəqəsinə əhali köçür.

"Bu proses sürətlə davam edəcək. Böyük Qayıdış Dövlət Proqram çərçivəsində artıq ərazi planlaşdırma sənədləri təsdiq edilib. Proqram çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək, onların istifadəsinə verilib",- deyə o əlavə edib.

Xatırladaq ki, bu gün "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.

Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.

Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.

Milli.Az


Etiketlər:  Azad edilmiş şəhərlərin baş planları təsdiq olunub


RƏYLƏR