Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 10:44
Bakı. Elçin Mehdiyev - Trend:
Artıq 3 ildir ki, Bakı marafonunda iştirak edirəm və çox bəyənirəm.
Bunu Trend-ə "Bakı Marafonu-2019"da iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Böyük Britaniyadan olan qonaq Trevor Hill deyib.
T.Hill marafonun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
O əlavə edib ki, marafona ciddi şəkildə hazırlaşıb: “Ümid edirəm ki, bu dəfə daha yaxşı nəticə əldə edəcəm. Bu cür marafonlar sağlamlıq üçün faydalıdır”.
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilir. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin