Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənipərəst senatorun məhkəməsi bu tarixdə olacaq

Ermənipərəst senatorun məhkəməsi bu tarixdə olacaq

Tarix: 3 Oktyabr 2023 07:30

Korrupsiyada ittiham olunan ermənipərəst amerikalı senator Robert Menendezin məhkəməsi növbəti ilin mayın 6-da keçiriləcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNBC"televiziya kanalı məlumat verib.

Qeyd edək ki, Nyu Cersi demokratı korrupsiyada, o cümlədən Misir hakimiyyətinə külli miqdarda rüşvət verməkdə və iş adamlarına cinayət işini dayandırmağa kömək etməkdə ittiham olunur.

ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez, həyat yoldaşı və daha iki nəfər sentyabrın 27-də keçirilən məhkəmədə girov müqabilində zaminə buraxılıb.


Etiketlər:  Ermənipərəst senatorun məhkəməsi tarixdə olacaq


RƏYLƏR