Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasin Hüseynzadəyə ölüm hökmü verilməsi haqda xəbərə - Rəsmi reaksiya

Yasin Hüseynzadəyə ölüm hökmü verilməsi haqda xəbərə - Rəsmi reaksiya

Tarix: 3 Oktyabr 2023 16:15

Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılmışdır.

Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir.

Milli.Az


Etiketlər:  Yasin Hüseynzadəyə ölüm hökmü verilməsi haqda xəbərə Rəsmi reaksiya


RƏYLƏR