Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon əməkdaşı it döyüşlərinin təşkilinə görə həbs edildi

Pentaqon əməkdaşı it döyüşlərinin təşkilinə görə həbs edildi

Tarix: 3 Oktyabr 2023 17:50

İttihama görə, Baş İnformasiya Müdirinin Komanda, İdarə və Əlaqələr üzrə müavini vəzifəsində çalışan Morefild Frederik 20 il dostu ilə it döyüşü layihəsinin hazırlanmasında iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təşkilatçılar heyvanları döyüş üçün hazırlayıb, rinqdə ölməyən itləri öldürüb və minlərlə dollarlıq mərclər ediblər.

Məmurun evində müstəntiqlər heyvanları öldürmək üçün istifadə edildiyi iddia olunan kabellər, onun ortağının evində isə beş pitbul iti aşkar olunub. Axtarış zamanı Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) rəsmiləri heyvanların dözümlülüyünü artırmaq üçün istifadə oluna biləcək ağır metal boyunluqlar və zəncirlər də tapıblar. Bundan əlavə, evlərdə it döyüşündəki qan ləkələrinə uyğun gələn qan ləkələri aşkar edilib.

Qeyd olunur ki, FTB bir neçə ildir ki, it döyüşlərinin təşkili ilə bağlı işi araşdırır və hakimiyyət orqanlarına vaxtaşırı Morfild haqqında şikayətlər daxil olub. 2022-ci ildən bəri onun iştirakına işarə edən çoxsaylı ipucu üzə çıxarılıb. Məmurun itləri döyüşə hazırladığı, həmçinin digər sahiblərin it döyüşlərinə hakimlik etdiyinə dair sübutlar və yazışmalarda dəfələrlə döyüş və pul mükafatı ilə bağlı qeydlər tapılıb.

Milli.Az


Etiketlər:  Pentaqon əməkdaşı it döyüşlərinin təşkilinə görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ