Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ ev rəsmisi: ''Hazırda zaman Ukraynanın əleyhinə işləyir''

Ağ ev rəsmisi: ''Hazırda zaman Ukraynanın əleyhinə işləyir''

Tarix: 4 Oktyabr 2023 20:46

"Hazırda zaman Ukraynanın əleyhinə işləyir".

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, Ukraynanın əks-hücum əməliyyatlarını davam etdirmək üçün 6-8 həftə vaxtı var: "Sonra əlverişsiz hava şəraiti yaranacaq. Hazırda zaman bizim dostumuz deyil".

C.Kirbinin sözlərinə görə, əks-hücum əməliyyatı hətta Ukraynanın da istədiyi səviyyədə getmədi.

Ağ Ev rəsmisinin fikrincə, hazırda döyüşlər 2 əsas istiqamətdə gedir: "Bunlardan biri Donbas, digəri isə Zaporojye istiqamətləridir".

C.Kirbi onu da əlavə edib ki, Ukraynaya yardımdan imtina etmək xeyirli olmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyulundan əks-hücum əməliyyatları keçirir.


Etiketlər:  rəsmisi Hazırda zaman Ukraynanın əleyhinə işləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ