Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Solovyov “Xankəndi” yazan redaktoru cəzalandıracaq

Solovyov “Xankəndi” yazan redaktoru cəzalandıracaq

Tarix: 5 Oktyabr 2023 08:08

Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov "Stepanakert" əvəzinə Xankəndi yazmağa cəsarət edən Teleqram kanalının redaktorunu cəzalandıracağını vəd edib.

Sonxeber.net ölkə.Az-a istinadən xəbər verir ki, o, bunu erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib.

Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib. Solovyov isə redaktorları kimi ağıllı davranmağı seçməyib və erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.

Qeyd edək ki, bir çox Teleqram kanallarında Solovyovun kanalında "Xankəndi" adının işlənməsini təəccüblə qarşılanmışdı.


Etiketlər:  Solovyov Xankəndi yazan redaktoru cəzalandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ