Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bağça müəllimi olmaq istəyənlərin nəzərinə - Bu gündən...

Bağça müəllimi olmaq istəyənlərin nəzərinə - Bu gündən...

Tarix: 5 Oktyabr 2023 08:36

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Milli.Az


Etiketlər:  Bağça müəllimi olmaq istəyənlərin nəzərinə Bu gündən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ