Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 13:04
104 yaşlı təqaüdçü paraşütlə tullanaraq dünyanın ən yaşlı paraşütçüsü adını qazanıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Çikaqo hava limanına əsa ilə gələn 104 yaşlı təqaüdçü qadın onu təyyarənin pilləkənlərinin yanında qoyub paraşütlə tullanmaq üçün təyyarəyə qalxıb. Daha sonra təcrübəli paraşütçünün rəhbərliyi altında tullanıb.
Təqaüdçü xanım 104 yaşın sadəcə bir rəqəm olduğunu bildirib. Hazırda qadın hava şarında uçmağı planlaşdırır.