Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 14:10
Londonda əfsanəvi futbolçu Devid Bekhem haqqında "Bekhem" sənədli serialının premyerası olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, lentdə futbolçunun 26 illik həyat yoldaşı Viktoriya Bekhem ilk dəfə şəxsi köməkçisi Rebekka Loos ilə 2003-cü ildə idmançının başına gələn və çox geniş müzakirə olunan münasibətləri haqda danışıb. Hadisə ilə bağlı ən vacib sitatlar "Daily Mail"də dərc edilib.
Viktoriya Bekhem düz 20 il sonra Devid Bekhem və şəxsi köməkçisi Rebekka Loosun İspaniyada "Real"da oynayarkən yaxınlaşmalarından söz açıb. O etiraf edib ki, bu, həyatının ən çətin dövrü olub və Devidlə artıq bir-birlərinə aid olmadıqlarını hiss etməyə başlayıb. Ərinin xəyanətindən ilk dəfə söz açan Viktoriya göz yaşlarını saxlaya bilməyib:
"Bu, bizim üçün ən çətin dövr idi. Çünki əvvəllər bizə elə gəlirdi ki, bütün dünya bizə qarşıdır. Amma biz həmişə bir-birimizə aid idik... Madriddən əvvəl biz bir-birimizə çox bağlıydıq. Amma İspaniyada bu əlaqə pozulmuş kimi görünürdü. Və kədərli idi. Bunun nə qədər çətin olduğunu və mənə necə təsir etdiyini sizə izah edə bilmirəm. Sözün əsl mənasında bir kabus idi", - Viktoriya bildirib.
Viktoriya o vaxt baş verənləri bir növ sirkə bənzədib: "Şəhərə sirk gələndə hamı onu sevir, elə deyilmi? Əlbəttə ki, əgər sən orada deyilsənsə".
Keçmiş müğənni ərinə qəzəbli olub-olmadığı ilə bağlı verilən suala belə cavab verib: "Tam düzünü desəm, bəli, mənəm. Bu, həyatımda yaşadığım ən böyük bədbəxtlik idi" cavabını verib.
Devid də eyni duyğuları yaşadığını etiraf edib.
"Hər dəfə oyananda hiss edirdik ki, aramızda başqa bir şey var... O zaman ikimiz də hiss edirdik ki, biz sadəcə bir-birimizi itirmirik, həm də boğuluruq", - futbolçu o dövrü şərh edərkən deyib. Lakin o, həyat yoldaşına xəyanət etdiyini heç vaxt açıq şəkildə etiraf etməyib.
Devid Bekhem bildirib ki, 2003-cü il böhranından necə xilas olduqlarını hələ də bilmir. Onun sözlərinə görə, Viktoriya ilə boşanma şayiələri və ona xəyanət xəbərlərinin aylarla maqazin səhifələrini bəzəməsinə baxmayaraq, o və Viktoriya "ailələri üçün mübarizə aparmalı olduqlarını" bilirdilər. Futbolçu bildirib ki, o vaxtlar özünü hər gün fiziki olaraq xəstə və narahat hiss edib.
Xatırladaq ki, 2003-cü ildə Devid Bekhemin Rebekka Loos ilə münasibətlərinin təfərrüatları hazırda fəaliyyətini dayandırmış "News Of The World" qəzetində ictimaiyyətə açıqlananda dünya tabloidlərinin və tənqidçilərinin hədəfinə çevrildi. O vaxt Viktoriya İngiltərədə qalmağa qərar verdi ki, oğulları Bruklin və Romeo öz məktəblərində oxuya bilsinlər. Bekhem vurğulayıb ki, bu qərarla razılaşmaq onun üçün çox çətin olub:
"İspaniyaya köçəndə çətin idi, çünki 15 yaşımdan 27 yaşımadək bütün karyeram boyunca klubun və ailənin bir hissəsi olmuşam. Məni bir gecədə satdılar, daha sonra dilini bilmədiyim bir şəhərə düşdüm. Ən əsası isə mənim ailəm yanımda yox idi".
Qeyd edək ki, 2003-cü ildə Devid Bekhem İngiltərənin "Mançester Yunayted" klubundan İspaniyanın "Real" klubuna transfer olunub. 2007-ci ildə futbolçu "Los Anceles Qalaksi" klubu ilə müqavilə imzaladı, bundan sonra ailəsi ilə birlikdə Los-Ancelesə köçdü. Viktoriyanın dediyinə görə, İspaniyadan köçdükdən sonra nəhayət, rahat nəfəs alıb.