Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə anqara çırpıldı - ANBAAN VİDEO

Təyyarə anqara çırpıldı - ANBAAN VİDEO

Tarix: 5 Oktyabr 2023 20:28

Braziliyanın Lukas-do-Rio Verde şəhərində ikimühərrikli "Beechcraft C90GTi King Air" təyyarəsi qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı uçuş-eniş zolağına sürtünüb. Təyyarə uçuş-eniş zolağında sürükləndikdən sonra anqara çırpılıb və partlayıb, daha sonra alovlanıb.

Qəza nəticəsində təyyarənin pilotu və uçuş-enmə zolağı xidmətçisi həyatlarını itiriblər, iki sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Təyyarə anqara çırpıldı ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ