Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat hazırlamaq üçün komissiya yaradıldı - YENİLƏNİB

Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat hazırlamaq üçün komissiya yaradıldı - YENİLƏNİB

Tarix: 6 Oktyabr 2023 11:27

Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını hazırlamaq üçün komissiya yaradılması təklif olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib.

Sədr bildirib ki, Nizami Səfərov Komissiyanın sədri, Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayev isə komissiyanın üzvləri olsun.

-------

09:50


Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Milli.Az


Etiketlər:  Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat hazırlamaq üçün komissiya yaradıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ