Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sisternin üzərinə çıxan yeniyetmə diri-diri yanaraq öldü

Sisternin üzərinə çıxan yeniyetmə diri-diri yanaraq öldü

Tarix: 6 Oktyabr 2023 18:20

Rusiyanın Perm vilayətində 2007-ci il təvəllüdlü yeniyetmə dəmiryol relslərində sisternin üzərinə çıxaraq diri-diri yanaraq ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə oktyabrın 4-də axşam saatlarında rayonun Oktyabr kəndində baş verib. İki yerli kollec tələbəsi dəmiryol xətti boyunca gəzintiyə çıxıb. Yeniyetmələrdən biri relsin üstündəki sisternin üzərinə çıxıb və alovlanıb.

Onunla birlikdə olan dostu da alovlansa da, paltarını söndürə bilib və sağ qalıb. O, xilasetmə xidmətinə zəng edərək dostunun yandığını bildirib.

Verilən məlumata görə, oğlanın cəsədi yalnız dəmiryol əməkdaşları əlaqə şəbəkəsinin enerjisini kəsdikdən sonra sisternin üzərindən götürülüb.

Milli.Az


Etiketlər:  Sisternin üzərinə çıxan yeniyetmə diri diri yanaraq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ