Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist itkin düşdü

Əməkdar artist itkin düşdü

Tarix: 7 Oktyabr 2023 12:45

Rusiyanın əməkdar artisti, sovet kinosunun seks simvolu Yelena Kondulaynen Moskvada itkin düşüb.

Milli.Az olay-a istinadən bildirir ki, dostları və həmkarları aktrisanı sonuncu dəfə yazda görüblər. 

Kondulaynen sentyabrın əvvəlində Luna Teatrında truppa toplantısına qatılmalı idi, lakin gəlməyib və heç kimlə əlaqə saxlamayıb. 

Kondulaynen uzun müddətdir sosial şəbəkələrdə də görünmür. 

Qeyd edək ki, 2020-ci ildə Elena Kondulaynen insult ilə xəstəxanaya yerləşdirilib. Daha sonra aktrisaya kəskin serebrovaskulyar pozulma və beyin damarlarının zədələnməsi diaqnozu qoyulub. Yaxınlarının dediyinə görə, o, insultdan tam sağalıb.

Milli.Az


Etiketlər:  Əməkdar artist itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ