Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 14:36
Milli Məclis dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni kəskin şəkildə qınayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, spiker Sahibə Qafarova Milli Məclisin bu keçirilən plenar iclasında bəyan edib ki, Avropa Parlamentində belə qeyri-obyektiv sənədin ortaya çıxmasına səbəb bəzi qüvvələrin münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilməmələridir. Onun sözlərinə görə, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın antiterror tədbirlərini, münaqişənin başa çatmasını həzm edə bilmirlər.
Millət vəkilləri də Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinin qəbuledilməz olduğunu vurğulayıblar.
Plenar iclasda Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
İclasında cari məsələlərdə müzakirə olunub.
Millət vəkili Emin Hacıyev MTK-ların sakinlərdən yığdığı komunnal haqların nağdsız şəkildə həyata keçirilməsini təklif edib.
Sonra Milli Məclis işini davam etdirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: