Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Amerikada ən qədim insan izləri aşkarlandı

Şimali Amerikada ən qədim insan izləri aşkarlandı

Tarix: 7 Oktyabr 2023 17:18

Norveçin Tronheim Elm və Texnologiya Universitetinin alimləri ABŞ-ın Nyu-Meksiko ştatındakı Uayt Sends Milli Parkında qədim gölün dibində aşkarlanan qədim insan ayaq izlərinin yaşını müəyyən ediblər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, "Science" elmi jurnalındakı məqaləyə görə, tapıntı Şimali Amerika qitəsində insanların mövcudluğunun ən erkən əlaməti olub.

Mütəxəssislərin qənaətincə, Uayt Sendsdəki ayaq izləri 21-23 min il əvvəlki dövrə aiddir. Bu, əvvəlki təxminlərdən xeyli əvvəldir, buna görə insanların Şimali Amerikada 14 min ilə 16 min il əvvəl, müasir Çukotka ilə Alyaska arasında Berinq boğazından keçən quru keçidi zamanı meydana çıxıb.

Yeni hesablamalar kvars dənələrinin və qədim iynəyarpaqlardan əldə edilən qalıq tozcuqların analizlərinə əsaslanır.

Tədqiqatçıların fikrincə, tapıntı arxeoloqların müasir insanların əcdadlarının "yeni qitə"yə nə vaxt gəlib çıxması ilə bağlı mövcud fikirlərini alt-üst edir.


Etiketlər:  Şimali Amerikada qədim insan izləri aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ