Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 01:46
Belarusda yerləşən "Moqilyov" ət emalı müəssisəsində diametrinə görə dünyanın ən böyük ət kotleti hazırlanacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Belarus Rekordlar Kitabının Ekspert Şurasından məlumat verilib.
Kotletin diametrinin iki metr olacağı və bununla da dünya rekorduna imza atılacağı bildirilir.
Rekordun oktyabrın 7-də Moqilyov vilayətinin Xotimsk şəhərində keçiriləcək "Dojinki" kənd zəhmətkeşlərinin regional festivalı çərçivəsində qeydə alınması planlaşdırılır.
Sonda nəhəng kotlet qocalar və əlillərin qaldığı pansionata veriləcək.