Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 14:20
Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Samirə canlı yayım açaraq orada yaşadıqlarını danışıb. Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib:
"Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır... Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır".